AZ

Merz və Makron Rusiyanı Avropa üçün ən böyük təhlükə adlandırıb

Almaniya kansleri Fridrix Merz və Fransa prezidenti Emmanuel Makron Financial Times üçün yazdıqları birgə məqalədə Rusiyanı Avropa üçün ən böyük təhlükə adlandırıb və qitənin təhlükəsizliyini qorumaq əzmində olduqlarını vurğulayıblar.

Poliqon xəbər verir ki, onların fikrincə, Avropanın sabitliyinə ən böyük təhlükə Rusiyadan gəlir. Moksva digər ölkələrdə sabitliyi pozmağa və dünya nizamına meydan oxumağa çalışır.

Aİ liderləri də Ukraynaya dəstək verəcəklərinə söz veriblər.Bundan əlavə, onlar bütün dünyada terrorizmlə mübarizənin, milli ərazilərin və öz maraqlarının qorunmasının zəruriliyini bəyan ediblər.

Mətndə deyilir: "Biz bu çətinliklərlə üzləşməli olacağıq. Kimsə bizdən tələb etdiyi üçün yox, biz ağıllı olduğumuza və vətəndaşlarımız naminə bunu etməyə borclu olduğumuza görə".

Bundan əvvəl Politico Aİ ölkələrinin rəsmilərinə istinadən yazmışdı ki, Avropa liderləri Rusiya qarşısında zəifliklərini nümayiş etdirməmək üçün ABŞ-ın qitənin təhlükəsizliyinə daha az cəlb olunması məsələsini açıq şəkildə müzakirə etmək istəmirlər.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr