EN

İƏT-in 17-ci zirvə görüşünün Xankəndidə keçirilməsi, böyük siyasi anlam daşıyır



İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısının,işğaldan azad olunmuş Xankəndidə keçirilməsi, böyük siyasi anlam daşıyır.Bilirik ki,artıq üçüncü dəfədir, ölkəmiz bu təşkilata ev sahibliyi edir.Bu dəfəki Zirvə görüşünün Xankəndidə keçirilməsi simvolik xarakter daşısa da, əslində yerin seçilməsi özü ilə bir çox siyasi mesajları verməkdədir.Bu, xüsusilə də dünyada və regionda sülhün, əmin-amanlığın, təhlükəsizliyin, quruculuğun,inkişafın və sabitliyin təmiatçısı olduğu mesajını verir.Bu gün Qarabağ iqtisadi zonasının mərkəz şəhərlərindən biri olan Xankəndidə keçirilən Zirvə sammitinə gələn üzv ölkələrin dövlət və hökumət başçıları və nümayəndə heyətləri, burada aparılan quruculuq işlərinin və sabitliyin şahidi olurlar və bu, ölkəmizin bölgədə siyasi və iqtisadi baxımdan və regional təhlükəsizlik baxımından faydalı olduğunu göstərir.Məhz bu baxımdan Xankəndidə baş tutan Zirvə sammiti ölkəmiz açısından əlamətdar hadisə hesab olunur.Doğrudur, İqtisadi Əməkdaşlıq Təşkilatı, adı üzərində iqtisadi əməkdaşlıq platformasıdır və özündə 13 dövləti birləşdirir.Amma, bu dövlətlər regionda və bölgədə iqtisadi baxımdan həyata keçirilən və yaxud da keçirilməsi nəzərdə tutulan lahiyələri müzakirə etməklə yanaşı, həmçinin iqtisadi təhlükəsizliyin siyasi baxımdan əhəmiyyətindən yararlanmaq imkanı əldə edirlər.Bu səbəbdən və bu bucaqdan baxsaq,ölkəmizin əhəmiyyəti həmçinin üzv ölkələr üçün faydalı ola bilər. Qarabağ torpaqlarının işğal dövrü və işğaldan azad olunduqdan sonrakı dövrdə əldə etdiyi quruculuq və inkişafı, sabitlik və təhlükəsizliyi bunu deməyə bizə əsas verir.

Çingiz Şahbazi, siyasi ekspert
Chosen
2
27
newscenter.az

10Sources