EN

Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edib

Bakı.Trend:

İyulun 4-də Baş prokuror Kamran Əliyev Yardımlı rayonprokurorluğunun inzibati binasında Yardımlı, Masallı, Cəlilabadrayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan bildirilib.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri HeydərƏliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərəkəziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 19 nəfər vətəndaşın müraciətində konkretcinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədəməlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları vəməhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamınınmüdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və yaaidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlərverilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən KamranƏliyev onlara konkret tapşırıqlar verib, vətəndaşlarınmüraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinəgörə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətəçatdırıb.

Məqalədə:
Chosen
3
3
az.trend.az

10Sources