AZ

Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - Foto

İyulun 4-də Baş prokuror Kamran Əliyev Yardımlı rayonunda qəbul keçirib.

“Qafqazinfo” xəbər verir ki, rayon prokurorluğunun inzibati binasında keçirilən qəbulda Yardımlı ilə yanaşı, Masallı, Cəlilabad və digər bölgələrdən olan vətəndaşlar iştirak edib.

Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 19 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.




Seçilən
0
13
qafqazinfo.az

10Mənbələr