ECO-nun potensialı region ölkələrinin inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər. SİA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.
Onun sözlərinə görə, qonşuluq siyasəti İranın iqtisadi diplomatiyası üçün prioritet olaraq qalır:
“Bizim üçün ECO qonşularla əməkdaşlığın həyata keçirildiyi təşkilatdır və bu baxımdan o, çoxtərəfli iqtisadi diplomatiyamızda ön planda dayanır. ECO-nun potensialı və imkanları region ölkələrinin və bütün regionun inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər”.