EN

Diqqət! Danışır və göstərir Xankəndi... Xankəndidəki Media Mərkəzindən AZƏRTAC-ın REPORTAJI 

Bu gün Xankəndi şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi edir. Regionun strateji gələcəyini müəyyənləşdirən bu mötəbər tədbir həm də beynəlxalq siyasi və iqtisadi dairələrin diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Xankəndi bu gün təkcə coğrafi deyil, həm də diplomatik baxımdan yeni əməkdaşlıq formatlarının yarandığı, vacib qərarların verildiyi qlobal bir platformaya çevrilib.

Xankəndidə yaradılan Media Mərkəzində mətbuat nümayəndələri ən son məlumatları operativ şəkildə ictimaiyyətə təqdim edirlər. Burada yaradılan şərait jurnalistlərin səmərəli çalışmasını təmin edir. Müasir texnologiyalarla təchiz olunmuş mərkəzdə yüksəksürətli internet, canlı yayım imkanları və operativ əlaqələndirmə üçün xüsusi komandalar mövcuddur.

Zirvə görüşü çərçivəsində keçiriləcək panel müzakirələr, liderlərin çıxışları və imzalanan sənədlər real vaxtda izlənilir və ictimaiyyətə çatdırılır.

Chosen
1
31
azerbaijan-news.az

10Sources