Baku TV-nin "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki qonağı Şimali Kipr Prezidenti Ersin Tatar olub.
Proqramda o, Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakın Şimali Kipr üçün effektivliyindən söz açıb.
Dövlət başçısı eyni zamanda ölkələrimiz arasındakı əlaqələrin güclənməsindən, eləcə də Şimali Kipr xalqının Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən tədbirlərə münasibətindən bəhs edib.