EN

Prokurorluq İmamoğlunun diplomunu “saxta” hesab etdi – 8 il 9 ay həbsi istənilir


Silivridə yerləşən Marmara Həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlunun bakalavr diplomunun ləğv olunması ilə bağlı ittiham aktı tamamlanıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, ittiham aktında İmamoğluya qarşı 8 il 9 ay həbs cəzası tələb olunub, həmçinin siyasi fəaliyyətin qadağan olunması istənilib.
“Əkrəm İmamoğlu bakalavr diplomunu saxtakarlıqla əldə edib və saxtakarlıq cinayətinə şərik olub”, - ittiham aktında qeyd olunub.
Qeyd edək ki, bu ilin mart ayında İmamoğlunun İstanbul Universitetindən 35 il əvvəl aldığı diplomun saxta olması iddiası əsasında istintaq başladılıb.
Belə ki, İmamoğlu daha əvvəl Girne Amerikan Universitetindən İstanbul Universitetinə keçid edib. İstanbul Baş Prokurorluğu bu keçidin qaydalara zidd olduğunu və diplomun etibarsız olduğunu iddia edir.
Martın 18-də İstanbul Universiteti rəhbərliyi, İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomunun eyni əsasla ləğv edildiyini açıqlayıb.
Chosen
1
10
yeniavaz.com

10Sources