AZ

İstanbulda üç cinayətkar qruplaşmaya əməliyyat – 19 nəfər saxlanıldı

İstanbul mərkəzli olmaqla 5 vilayətdə aparılan əməliyyatlar nəticəsində 3 müxtəlif cinayətkar qruplaşmanın üzvü olan 19 nəfər saxlanılıb. Saxlanılanlar arasında "İnterpol" tərəfindən qırmızı bültenlə axtarılan İsmail Aslan Çoban və Yavuz Kassap da var.

Redaktor.az xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Aklama Cinayətləri üzrə İstintaq Bürosunun apardığı araşdırmalar çərçivəsində İsveç və Norveç hakimiyyət orqanları ilə beynəlxalq hüquqi yardım əsasında əməkdaşlıq qurulub.

İstintaqda ümumilikdə 40 nəfərin narkotik vasitələrin dövriyyəsi, cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və silahlı zorakılıq əməllərində iştirak etdiyi müəyyən olunub.

“Abdo” ləqəbli İsmail Aslan Çobanın rəhbərlik etdiyi şəbəkənin üzvlərinin “Anom” adlı kriptolu ünsiyyət proqramından istifadə etdiyi və beynəlxalq narkotik ticarətinə qarışdığı məlum olub. Söhbət İsveçdə keçirilmiş əməliyyatlarla əlaqəli olaraq 1 ton 422 kq narkotik maddənin müsadirə edilməsindən gedir. Eyni zamanda, Çobanın 2023-cü il 31 oktyabrda Bosniya-Herseqovinada Harris Lars Osterdahlın qətli ilə əlaqəsi olduğu müəyyən edilib.

Yavuz Kassapın rəhbərlik etdiyi digər şəbəkənin də Norveçdə 172 kq narkotik maddə ilə əlaqəli əməliyyatlara qarışdığı bildirilib.

Həyatını itirmiş Ahmet Portakalcının rəhbərlik etdiyi üçüncü qruplaşma ilə bağlı istintaqda isə narkotik ticarəti aparan və qırmızı bültenlə axtarılan 3 nəfər müəyyən edilib.

Ümumilikdə 40 şübhəli barəsində həbs qərarı verilib. Hazırda əməliyyatlar çərçivəsində istintaq davam edir.

Kənan YUSİF 

Seçilən
9
50
redaktor.az

10Mənbələr