EN

Əli Hüseynli: “Naxçıvanla bağlı bəzi məsələlər referendum yolu ilə həllini tapa bilər”

Yazını böyüt
Yazını kiçilt

“Naxçıvanla bağlı ötən iclasda qaldırılan bəzi məsələlər referendum yolu ilə həllini tapa biləcək”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanun layihəsinin II oxunuşunda müzakirəsi zamanı deyib.

Onun fikrincə, bu layihədə heç bir mübahisəli məsələ qalmayıb:

“Deputat həmkarlarımız çıxışlarında vurğuladılar ki, layihə mükəmməl hazırlanıb. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası da Azərbaycan Konstitusiyasının ayrılmaz tərkib hissəsidir. Bir sıra məsələlər məhz indi konstitusiyaya əlavə və dəyişikliklərlə həllini tapır. Digər məsələlər isə gələcəkdə referendum yolu ilə həllini tapa bilər. Burada heç bir ziddiyyət yoxdur".

Chosen
97
14
hafta.az

10Sources