EN

Ölkənin ikiyə bölünməsi qaçınılmaz ola bilər - Dodik

Dayton Sülh Müqaviləsinin şərtləri yerinə yetirilməsə, ölkənin parçalanması qaçılmaz ola bilər.

News24.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın bir hissəsi olan Serb Respublikasının prezidenti Milorad Dodik "TASS"a verdiyi müsahibədə bildirib.

“Srpska Respublikası Daytonda razılaşdırılan prinsiplərə uyğun yaşamaq istəyir. Əgər bu mümkün olmazsa, ayrı-ayrı qurumlar kimi birgə yaşamaq yeganə real alternativ olaraq qalacaq,” – deyə Dodik vurğulayıb.

Onun sözlərinə görə, Bosniya və Herseqovina yalnız üç əsas xalqın – bosniaklar, xorvatlar və serblərin qanuni seçilmiş nümayəndələri arasında vicdanlı dialoqla və xarici müdaxilədən uzaq şəkildə fəaliyyət göstərə bilər.

Dodik əlavə edib ki, Almaniya və Fransanın Bosniya və Herseqovinanı unitar dövlətə çevirmək və Serb Respublikasını zəiflətmək yönündə səyləri ciddi narahatlıq doğurur.

Xatırladaq ki, 1995-ci ildə imzalanan Dayton Sülh Müqaviləsi Bosniya müharibəsinə son qoymuş və ölkəni iki muxtar subyektə – Bosniya və Herseqovina Federasiyası və Serb Respublikasına bölmüşdü.

Aqil

Chosen
7
3
news24.az

10Sources