EN

Özbək forvard Türkiyə klubuna keçir

Özbəkistan milli komandasının forvardı Eldor Şomurodov karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İstanbul Başakşehir” özbək hücumçu üçün “Roma” ilə danışıq aparır.

Şomurodov özü də Türkiyədə oynamağa müsbət yanaşır. O, 2024/2025 mövsümündə bütün turnirlərdə 37 matçda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Asiyalının “Roma” ilə müqavilə müddəto 2026-cı il iyunun 30-na qədərdir. Eldor karyerası ərzində “Məşəl”, “Bunyedkor”, “Rostov”, “Cenoa”, “Spetsiya”, “Kalyari” klublarının formasını geyinib.

saytlarin hazirlanmasi

Chosen
12
4
sportal.az

10Sources