AZ

Şomurodov Türkiyə klubuna keçdi

“Roma”nın özbək hücumçusu Eldor Şomurodov “Başakşəhər”ə icarəyə verilib.

Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial mediada paylaşım edib.

Müqavilədə futbolçunun transfer hüququnun alınması imkanı da yer alıb. Bu, müəyyən şərtlər yerinə yetirildiyi halda məcburi olacaq və ümumi məbləği bonuslar da daxil olmaqla 7 milyon avro təşkil edəcək.

2024-25 mövsümündə İtaliya A Seriyasında 30 yaşlı Eldor Şomurodov 27 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə verib. Hücumçunun Avropa Liqasında isə 8 oyunda 2 qolu və 1 assisti var.

Seçilən
4
5
msport.az

10Mənbələr