EN

"Atletiko" 35 yaşlı braziliyalı futbolçu alıb

“Atletiko” klubu yarımmüdafiəçi Lukas Saşanın transferi ilə bağlı Braziliya klubu "Fortaleza" ilə razılığa gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu "matrasçılar"a 282 min avroya başa gələcək.

Saşanın "Fortaleza" ilə hazırkı müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir.

Bu mövsüm Saşa bütün klub turnirlərində 21 oyun keçirib, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Chosen
14
50
operativmm.az

10Sources