BAKI, 4 iyul. TELEQRAF
2024-cü ilin doqquz ayında Rusiyadan Azərbaycana cəmi 410,7 milyon dollar pul köçürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Dünya Bazarı Araşdırmaları İnstitutunun “Diversifikasiya və Asılılıq Arasında: Azərbaycanın Çoxvektorlu Siyasətinin Məhdudiyyətləri” adlı araşdırmasında qeyd edilir.
2022-ci ildə Rusiyadan Azərbaycana pul köçürmələr rekord həddə - 3,62 milyard dollara çatıb. 2023-cü ildə bu həcm 2,8 dəfə azalaraq 1,048 milyard dollar olub.
2024-cü ilin doqquz ayında Rusiyadan Azərbaycana pul köçürmələr 410,7 milyon dollara düşüb.
Tədqiqatda bildirilir ki, Rusiyanın Azərbaycana ümumi vəsait köçürmələrində payı 2022-ci ildəki 82%-dən 2023-cü ildə 63,3%-ə qədər azalıb. Dünya Bankının hesablamalarına görə, 2022-ci ildə pul köçürmələrinin həcmi Azərbaycanın ÜDM-nin 6%-nə çatsa da, 2024-cü ilə qədər onların payı 0,8-0,9%-ə düşüb.