Bakı.Trend:
Çeşmədəki (İzmir) yanğın nəzarət altınaalınıb
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklıİzmirin Çeşmə bölgəsində baş vermiş meşə yanğınının nəzarət altınaalındığını bildirib.
Bu barədə TrendTürkiyə KİV-ə istinadən xəbər verir.
Nazir eyni zamanda, Ödemiş və Buça bölgələrində də həm havadan,həm də qurudan müdaxilənin davam etdiyini açıqlayıb.
Muğlada yanğın lokallaşdırılıb
Muğlanın Menteşe rayonunda baş verən meşə yanğını havadan vəqurudan müdaxilə nəticəsində lokallaşdırılıb.
Yeşilyurt məhəlləsindəki meşəlik ərazidə hələlik naməlumsəbəbdən başlayan yanğınla bağlı məlumat daxil olduqdan sonrabölgəyə Muğla Meşə Regional İdarəsinə məxsus hava və quru texnikasıcəlb edilib.
4 helikopter, çoxsayda yanğınsöndürmə texnikası və MuğlaBöyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə briqadalarının müdaxiləsinəticəsində yanğın nəzarət altına alınıb. Yanğından 2 hektar meşəvə kolluq sahə zərər görüb. Hazırda ərazidə soyutma işləri davamedir.
Qaziantepin Nurdağı rayonundakı meşə yanğınısöndürülüb
Nurdağı rayonunun kənd ərazisində yerləşən Yuxarı Olucakməhəlləsinə yaxın meşə ərazisində naməlum səbəbdən başlanan yanğın,bir müddət sonra tam söndürülüb. Yanğının söndürülməsinə 2helikopter, dron, 8 arazöz, 4 su tankeri, 5 yanğınsöndürmə maşını,3 meşə nəqliyyatı vasitəsi, 4 tikinti texnikası, 2 traktor, 4jandarma patrulu və 30 təhlükəsizlik könüllüsü cəlb olunub.