EN

Özbəkistan bizim üçün dost və qardaş ölkədir - Kamaləddin Qafarov

Bakı. Trend:

Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədəuğurla inkişaf etməkdədir. Məlum olduğu kimi, keçən il DaşkənddəAzərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti ŞavkatMirziyoyev tərəfindən Azərbaycan və Özbəkistan arasında Müttəfiqlikmünasibətləri haqqında Müqavilə imzalanıb. Bu, ölkələrarasımünasibətlərdə ən yüksək və əhəmiyyətli sənəddir.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, uzun müddətdir Azərbaycan və Özbəkistan arasındaqarşılıqlı əlaqələr hər iki ölkənin dövlət başçılarının səylərinəticəsində daha da intensivləşir. “Özbəkistan Prezidentinin iyulun2-də ölkəmizə etdiyi növbəti dövlət səfəri də Azərbaycan-Özbəkistanqardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələolacaq. Səfər çərçivəsində Dövlətlərarası Şuranın ikinci iclasıkeçirilib. Ali toplantıda minimum yaxın bir neçə ay müddətinətədbirlər proqramı müəyyənləşdirilib. Prezident İlham Əliyevinmətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi,ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnikyaxınlıq birləşdirir. Bu, möhkəm dostluq və qardaşlıq əlaqələriüçün çox sağlam bünövrədir. Bu gün Azərbaycan və Özbəkistan bütünTürk dünyasının inkişafına və güclənməsinə misilsiz töhfələr verən,müstəqil xarici siyasət kursu yürüdən və eyni zamanda, özləri bütünsahələrdə böyük uğurlar qazanmış güclü müstəqil dövlətlərdir.Əlbəttə ki, ölkələrimiz arasında dostluq və müttəfiqlikəlaqələrinin möhkəmlənməsi həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiyaregionlarının inkişafına, Türk dünyasının daha da güclənməsinəxidmət edir”.

K. Qafarov Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yenibinasının açılışının da mühüm və əlamətdar hadisə olduğunu qeydedib: “Məlum olduğu kimi, Özbəkistan Prezidentinin Azərbaycanasəfəri çərçivəsində iyulun 2-də hər iki ölkənin dövlət başçılarıÖzbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin Bakıda yenibinasının açılışında iştirak ediblər. Bu, əlbəttə ki, mühümtarixi-siyasi hadisədir. Müasir tələblərə cavab verən yenikompleksdə yaradılan şərait iki qardaş ölkə arasında çoxtərəflistrateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcəkinkişafına hesablanıb. İnkişaf perspektivləri isə kifayət qədərgeniş və əhatəlidir. Bir müddət əvvəl yaradılmış birgə İnvestisiyaFondu artıq, praktiki olaraq, bir çox layihələrlə təmin edilib.Prezident İlham Əliyevin dediyi kimi, İnvestisiya Fondununnizamnamə kapitalı 500 milyon dollar olsa da, müzakirə olunanplanlar bu rəqəmi bir neçə dəfə üstələyir. Əlbəttə, energetika,mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digərsahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmışlayihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsitəbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədəartmasına gətirib çıxaracaq. Həm Özbəkistan, həm də Azərbaycan özölkələrinin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqlayanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırlar”.

Chosen
1
50
az.trend.az

10Sources