AZ

Ərdoğan Azərbaycanı TƏBRİK ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.

Bizim.Media xəbər verir ki, ECO-nun Xankəndində keçirilən 17-ci Zirvə görüşündə çıxış edən Türkiyənin dövlət başçısı turizm sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq təşkilatın hazırkı turizm paytaxtının Erzurum şəhəri olduğunu xatırladıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidə Zirvə görüşü keçirilir – CANLI


“Turizm sahəsində əməkdaşlıq ECO ölkələrinin üzərinə xüsusi öhdəliklər qoyur”, - deyən Rəcəb Tayyib Ərdoğan Erzurumda qəbul olunan qərarların bu sahədə gələcək əməkdaşlıq addımları üçün bələdçi olacağına əminliyini ifadə edib.

O vurğulayıb: “Şuşa şəhərinin 2026-cı ildə ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevin simasında bütün Azərbaycan xalqını təbrik edirəm”.

Bizim.Media

Seçilən
16
50
bizim.media

10Mənbələr