EN

Bu yolda nişan düzünə göstərir, amma sola dönənlər cərimə oluna bilməz VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxt yollarının birində hərəkətin təşkilində olan natamamlıq sürücülərdə narazılığa səbəb olur. Avtosfer.az-ın elektron ünvanına göndərilən görüntüdə aydın şəkildə görünür ki, paytaxtın Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsilə kəsişməsində asfalt örtüyünə düzünə hərəkəti bildirən nişanlanma xətti çəkilib. Lakin bu nişanlanma xətti standarta uyğun şəkildə tətbiq edilməyib. Yəni hərəkət istiqamətini bildirən oxlar təkrarlanmayıb. Eyni zamanda zolaqlar üzrə hərəkət istiqamətini bildirən 5.8.1 nişanları da quraşdırılmayıb. Bu səbəbdən həmin kəsişmə yerində əksər sürücülər sola dönərək hərəkət edirlər. Bu isə arxadan və qarşıdan gələn sürücüləri çaşqın vəziyyətə salır.

Ümid edirik ki, aidiyyəti qurumlar həmin ərazini müayinə edərək hərəkətin təşkili ilə bağlı yekun qərar verəcək. Əgər sola dönmək hərəkət iştirakçılarına maneə yaratmırsa, o zaman nişanlar vasitəsilə buna icazə verilməlidir. Əksinə, qadağan olunduğu halda da bu, standarta uyğun təşkil edilməlidir.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
4
avtosfer.az

10Sources