EN

Kiyevə dron və ballistik raketlərlə kütləvi hücum olub, dağıntılar varYENİLƏNİB/FOTO

İyulun 3-ü axşam saatlarından başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava hücumu edib.

Xezerxeber.az-ın məlumatına görə, iyulun 3-ü yerli vaxtla 20:30-dan başlayaraq zərbə dronları müxtəlif istiqamətlərdən Kiyevə kütləvi hücum edib, partlayış səsləri eşidilib. İyulun 4-nə keçən gecədən səhərə qədər isə Kiyevə ballistik və müxtəlif tipli raketlərlə hücum edilib. Şəhərdə çoxsaylı dağıntılar var, xüsusilə də yaşayış binaları ciddi ziyan görüb.

Kiyev şəhər meri Vitali Kliçkonun verdiyi məlumata görə, Kiyevin Qoloseyev, Şevçenko, Solomin, Darnitsa, Svyatoşin rayonlarında dağıntılar qeydə alınıb.

Hava hücumu nəticəsində ölənlər barədə dəqiq məlumat verilmir. İlkin olaraq 20-dən artıq mülki şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunur.

Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinin açıqlamasına görə, Rusiya ordusu Ukraynaya 539 dron və 11 raket atıb. Raketlərdən 6-sı ballistik, 4-ü qanadlı, biri isə “Kinjal” aeroballistik raket olub. Hava hücumunun əsas hədəfi Kiyev olub.

09:39

Rusiyanın Kiyevi bombalaması nəticəsində 23 nəfər xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə paytaxt meri Vitali Kliçko bildirib. 

Onun sözlərinə görə, 14 nəfər xəstəxanaya yerləşdirilib, yerdə qalanlar isə ambulator şəraitdə müalicə olunacaqlar.

Qeyd edək ki, 2025-ci ilin iyunundan Kiyev rekord sayda Rusiya hava hücumuna məruz qalıb. Paytaxta 350-dən çox pilotsuz təyyarə və onlarla raket atılıb. Rəsmi məlumatlara görə, uşaqlar da daxil olmaqla, azı 42 nəfər həlak olub.

  • Kiyevə
  • Kiyevə
  • Kiyevə
  • Kiyevə
  • Kiyevə
Chosen
13
19
xezerxeber.az

10Sources