AZ

Rusiyanın yeni hədəfi: O bölgəni də işğal etmək istəyir

BAKI, 30 iyun. TELEQRAF

Ukrayna qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxaran Rusiya ordusu indi sərhədi keçərək cəmi 20 kilometr uzaqlıqdakı Sumı şəhərinə doğru irəliləyir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr yazır ki, Sumının regional mərkəzinin işğalı Moskva üçün yeni hədəfə çevrilib:

“Ukrayna hərbi mənbələrinin məlumatına görə, Rusiya bu ərazidə 50 minlik canlı qüvvə cəmləyib, onların sayı Ukrayna qüvvələrini təxminən 3 dəfə üstələyir”.

WSJ qeyd edir ki, cəbhə xətti son bir il ərzində 100 mildən (150 km) çox artıb, hazırda şimal-şərqdən cənuba 750 mildən (1200 km) çox uzanır.

Ukrayna iyunun əvvəlində vəziyyəti sabitləşdirmək üçün bölgəyə elit bölmələr göndərib. O vaxtdan bəri Rusiyanın Sumıda irəliləməsi əsasən dayandırılıb və Ukrayna müəyyən əraziləri geri alıb.

Seçilən
41
39
teleqraf.com

10Mənbələr