EN

“Qəbələ”nin yeni transferi MİLLİ GEYİMDƏ

2025/26 mövsümünə hazırlığını davam etdirən “Qəbələ” əsas komandanın heyətinə yeni futbolçu qatıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”a qoşulub. O, ötən mövsümdə klubun U-19 komandasının formasını geyinib. Ovusu ilə 3 illik müqavilə imzalanıb.


Qeyd edək ki, Prins 2024/25 mövsümündə U-19 Liqasının gümüş mükafatçısı olub. O, keçirdiyi 14 oyunda 11 qol və 5 assistə imza atıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
20
17
bizim.media

10Sources