“Zirə” futbol klubu Rövlan Muradovu heyətinə qatıb.
Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçuyla 2+1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 27 yaşlı oyunçu karyerası ərzində "Qəbələ", "Slaviya" B və "Sumqayıt"da çıxış edib.