EN

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub


İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında qadın güləşi üzrə ilk çempionlar müəyyənləşib. Bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kiloqram) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb. Finalın əvvəlindən sonunadək dominantlıq edən həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.

Beləliklə, Günay bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb. Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U-23 Avropa çempionatının qalibi olub.

Mətləb

Chosen
12
35
baki-xeber.com

7Sources