İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün qadın güləşi üzrə ilk çempionlar müəyyənləşib.
Dünən bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kq) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb. Finalın əvvəlindən sonunadək dominantlıq edən həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.
Beləliklə, Günay bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb. Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olub.
Güləşçilərimiz İtaliyada 3 gümüş medal qazanıblar
Ayxan Cavadov Avropa çempionatının finalında
3 güləşçimiz Avropa çempionatının finalında
3 güləşçimiz Avropa çempionatının yarımfinalında
Türkiyədə baş tutan xatirə turnirinə yekun vurulub