
Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə və Kiyev vilayətinə qarşı əvvəlcə pilotsuz uçuş aparatları ilə, daha sonra isə raketlərlə kütləvi hücum həyata keçirib.
Yeniavaz.comUkrayna mətbuatına istinadla xəbər verir ki, 4 iyul səhəri saat 06:00-a olan məlumata əsasən, Kyiv şəhərində 14 nəfər yaralanıb, onlardan 12 nəfəri xəstəxanaya yerləşdirilib.
Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Şəhərin hərbi administrasiyasının məlumatına görə, paytaxtın altı rayonunda yaşayış evləri və digər binalar zərər görüb, yanğınlar baş verib.