EN

Anxel Di Mariya Avropa futbolu ilə vidalaşdı

Doğma klubu “Rosario Sentral”a qayıtmış 37 yaşlı argentinalı sağ cinah hücumçusu Anxel Di Mariya Avropa futbolu ilə vidalaşıb.

Arena.az məlumat verir ki, Di Mariya bu barədə özünün sosial şəbəkə hesabları üzərindən müraciət dərc edib:

“Evə qayıtmaq zamanı gəldi. Mənim Avropa karyeram başa çatdı. Mən burada çox illər keçirmişəm, müxtəlif klublar üçün oynamışam və unudulmaz təəssüratla çıxıb gedirəm. Avropadakı 18 il ərzində mən nəinki gözəl şəhərlərdəki həyatdan zövq aldım, həmçinin əla insanlarla gözəl klbularda çxış etdim. Mən həmişə xatırlayacağım dostlar tapdım. Yaşadığım hər bir məqam mənə, bu gün olduğum mən olmağa kömək etdi. Çətinliklərin dəf edilməsi, göz yaşları, qəzəb, ardınca isə yeni cəhdlər – bütün bunlar bir futbolçu və bir şəxsiyyət kimi mənim inkişafımın bir hissəsi oldular.

Mən çıxış etdiyim hər bir kluba sonsuza qədər minnətdaram, onların mənim üçün etdiklərinə görə: “Benfika”ya, “Real”a, “Mançester Yunayted”ə, PSJ-yə və “Liverpul”a mənim, futbol səhnəsində və bir insan kimi ərsəyə gələməyimə kömək etdikləri üçün təkkür edirəm. Hər bir klubda mənə, əla komanda yoldaşlarına və əməkdaşlara (aşpazlar, təchizat işçiləri, tibbi heyət və kölgədə qalan, amma bizə dəstək üçün səylə çalışan hər kəsə) rast gəlmək nəsib oldu. Mən onları heç zaman unutmayacağam.

Mən 2007-ci ildə gəlmişdim, cavan ikən, valideynlərimlə və bacılarımla, qorxu içində və qeyr-əminliklə. Tədricən mən yetkinləşir və inkişaf edirdim, bu gün isə onların məhəbbəti, həmçinin həyat yoldaşımın və qızlarımın məhəbbəti ilə əhatə edilmişəm. Portuqaliya, İspaniya, İngiltərə, Fransa və İtaliya, çox sağ olun ki, mənə öz qapılarınızı açdınız. Görüşənədək…”, – Anxel Di Mariya paylaşıb.

Beləliklə, təcrübəli futbolçu karyerasını doğma vətəndə davam etdirəcək. “Rosario Sentral”ın yetirməsi olan Di Mariya iki il burada çıxış etdikdən sonra Avropaya yollanıb.

Xatırladaq ki, Anxel Di Mariya 2023-cü ilin yayından “Benfika”da çıxış edirdi. O, 2007-2010-cu illər aralığında da Lissabon klubunun uğurları üçün çalışıb. Argentinalı hücumçunun “qartallar”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Anxel Di Mariya “Benfika” üçün bütün yarışlarda 40 oyuna çıxıb, 15 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib. Di Mariyanın “Benfika”nın heyətində çıxışının ümumi mənzərəsi 212 oyun, 47 qol və 53 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli futbolçu karyerası ərzində “Yuventus”, PSJ, “Mançester Yunayted”, “Real” və “Rosario Sentral”da çıxış edib.

Anxel Di Mariya 2008-ci ilin sentyabrında debüt etdiyi Argentina yığmasının heyətndə 145 oyuna çıxıb, 31 qol və 32 məhsuldar ötürmə ilə fərqlənib. Di Mariya “albiseleste” ilə 2024-cü ildə Qətərdə keçirilmiş dünya çempionatının, Amerika Kubokunun (2021, 2024), 2008-ci Pekin Olimpiya futbol yarışının, Avropa və Cənubi Amerika çempionları arasında “Finalissima” oyununun qalibi olub. Di Mariya bu il yığma komandanın heəytində çıxışına xitam verdiyini açıqlayıb.

“Transfermarkt” internet-portalı 37 yaşlı veteran hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Chosen
41
50
arena.az

10Sources