Rusiya rəsmi olaraq Əfqanıstan İslam Əmirliyini tanıyıb.
"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazilriyindən məlumat verilib.
Daha əvvəl bildirilib ki, 2021-ci ildən hakimiyyətə gələn Taliban tərəfindən qəbul olunan Əfqanıstanın yeni bayrağı ölkənin Moskvadakı səfirliyinin üzərində dalğalanmağa başlayıb.
Qeyd edək ki, Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmi olaraq tanıyan ilk ölkə olub.