EN

“Qəbələ” qanalı futbolçu ilə 3 illik müqavilə imzalayıb

Azərbaycan Premyer Liqasına hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni daha futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, 19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”a qoşulub.

O, ötən mövsümdə klubun U-19 komandasının formasını geyinib. Ovusu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Prins ötən mövsüm U-19 Liqasının gümüş mükafatçısı olub. O, keçirdiyi 14 oyunda 11 qol və 5 assistə imza atıb.

İdman.biz

Chosen
22
19
idman.biz

10Sources