EN

“Sabah” Macarıstan klubu ilə HEÇ-HEÇƏ etdi

Avstriyada təlim-məşq toplanışı keçən "Sabah" futbol klubu daha bir yoxlama matçında qüvvəsini sınayıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan kubokunun qalibi Macarıstan təmsilçisi “Pakş”la qarşılaşıb.

Məhsuldar keçən görüş 3:3 hesabı ilə yekunlaşıb. "Sabah" ilk yoxlama oyununda heç-heçəyə imza atıb. Rumıniyanın "Rapid" komandası qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "bayquşlar" UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya təmsilçisi "Selye" ilə münasibətlərə aydınlıq gətirəcək. Komandalar arasında ilk oyun iyulun 10-da evdə, cavab matçı 17-də səfərdə baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
21
50
bizim.media

10Sources