ABŞ İrana və "Hizbullah" hərəkatına qarşı yeni sanksiyalar tətbiq edib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, sanksiyalar ümumilikdə 8 fiziki şəxsə, 21 hüquqi şəxsə və 12 gəmiyə şamil olunur.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı ilk birtərəfli sanksiyaları 1978–1979-cu illərdə baş vermiş İslam İnqilabından qısa müddət sonra tətbiq olunmağa başlanılıb.