EN

​Səudiyyə Ərəbistanında ABŞ istehsalı müdafiə sistemi quraşdırıldı

Səudiyyə Ərəbistanında ABŞ istehsalı olan THAAD hava hücumundan müdafiə sistemi quraşdırılıb. Metbuat.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə, Səudiyyə Ərəbistanında ilk dəfə THAAD hava hücumundan müdafiə sisteminin qurulması ilə bağlı Ciddədəki Hava Hücumundan Müdafiə Qüvvələri İnstitutunda mərasim keçirilib. Bildirilir ki, THAAD lazımi sınaqlardan sonra istifadəyə verilib və hava hücumundan istifadə ilə bağlı heyətə ölkə daxilində təlimi keçirilib. Mərasimdə Hərbi Hava Qüvvələrinin komandanı Məzid bin Süleyman əl-Amr iştirak edib.

Qeyd olunub ki, ABŞ istehsalı olan THAAD ballistik raket sistemi Səudiyyə Ərəbistanı ordusunun hazırlıq səviyyəsinin və hava məkanının mühafizəsi üçün tələb olunan imkanların artırılmasına yönəlmiş müdafiə layihəsi çərçivəsində quraşdırılıb.

Chosen
81
4
metbuat.az

5Sources