Bakının Binəqədi rayonunda yaşayış məntəqələrinin birində yanğın hadisəsi baş verib.
BU barədə hadisə şahidləri Far.Az-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilir ki, Azadlıq prospekti 187 ünvanında yaşayış binalarının həyətində yerləşən qarajda VAZ-2107 markalı maşın yanıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Alovun ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.