EN

“Qanuni oğru” kimi tanınan Vaqif Süleymanov Moskvada saxlanıldı

  Kriminal aləmdə “qanuni oğru” kimi tanınan Vaqif Süleymanovun Rusiyada saxlanıldığı bildirilir.

O, paytaxtın mərkəzi hissəsində keçirilən xüsusi əməliyyat zamanı ələ keçirilib.

İlkin məlumatlara görə, Süleymanov uzun müddətdir hüquq-mühafizə orqanlarının nəzarətində olub və onun adının müxtəlif cinayət qruplaşmalarının fəaliyyətində hallandığı deyilir.

Həbsin konkret hansı cinayət işi üzrə aparıldığı hələlik açıqlanmayıb, lakin araşdırmalar davam edir.

Rusiya KİV-ləri bildirir ki, Vaqif Süleymanov kriminal aləmdə nüfuzlu fiqur hesab olunur və postsovet məkanında “qanuni oğru” statusuna malik azsaylı şəxslərdən biri kimi tanınıb./Globalinfo.az  


vor1

Chosen
19
18
referans.az

10Sources