AZ

Güneyli fəallara qarşı repressiya şiddətlənib: İki gündə iki həbs

İranda müharibədən sonra repressiyalar şiddətli şəkil almağa başlayıb.

Tribunainfo.az xəbər verir ki, yerli hüquq mühafizə orqanları rejimə qarşı çıxanları “İsrail cəsusu” adı ilə həbs etməyə start verib.

Son rəsmi açıqlamalara görə, İran kəşfiyyat qurumları müharibədən sonra “İsraillə əməkdaşlıq edən” 1000-ə yaxın şəxsi saxlayıb.

Son bir həftədə Güney Azərbaycan şəhərlərində də analoji həbslər həyata keçirən İran polisi, qısa zamanda Güneydəki milli hərəkatın üzvlərini hədəfə alıb. Belə ki, iki gün öncə Urmuda siyasi fəallardan biri saxlanılmışdı. Dünən isə Təbriz şəhərində güneyli milli fəal Murtaza Həqir İntizar həbs edilib. Onu SEPAH-ın xüsusi xidmət qrupu saxlayıb.

Fərda Uğur

Seçilən
13
50
tribunainfo.az

10Mənbələr