EN

Luqanskın keçmiş rəhbəri öldürüldü

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) müvəqqəti işğal altında olan Luqanskda 2014-2023-cü illərdə şəhərin rəhbəri vəzifəsində çalışmış Manolis Pilavovu öldürüb.

“ÖlkÉ™.az” xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ “İnterfaks-Ukrayna” UTX-dÉ™ki mÉ™nbÉ™yÉ™ istinadÉ™n mÉ™lumat yayıb.

Bildirilib ki, o, partlayıcı qurğunun işə düşməsi nəticəsində dünyasını dəyişib.

Pilavov qondarma Luqansk Xalq Respublikasının ideoloqlarından biri, İqor Plotnitskinin tərəfdaşı olub.

Qeyd olunub ki, 2015-ci ildən qondarma Luqansk administrasiyasının rəhbəri Ukrayna Cinayət Məcəlləsinin 109-cu maddəsi (konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi və ya devrilməsi, dövlət hakimiyyətinin ələ keçirilməsinə yönəlmiş hərəkətlər) ilə axtarışda olub.

O, 2022-ci ildən Ukraynanın sanksiyalarına məruz qalırdı.

Chosen
12
7
olke.az

5Sources