EN

İngiltərə millisinin hücumçusu "Beşiktaş"da - RƏSMİ

"Beşiktaş" "Roma"dan Temmi Abrahamın transferini yekunlaşdırıb.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi ingiltərəli futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Beşiktaş" 27 yaşlı hücumçu üçün 2 milyon avro icarə haqqı ödəyəcək. "Qara qartallar" 13 milyon avro ödəməklə təcrübəli forvardı birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Temmi Abraham ötən mövsüm icarə əsasında "Milan"da çıxış edib. İngiltərə millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
17
50
sportal.az

10Sources