EN

Putinlə Tramp arasında telefon danışığı başlayıb

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı başlayıb.

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, telefon danışığı hələ davam edir.

Qeyd edək ki, bu, iki ölkə liderləri arasında son ay yarım ərzində dördüncü telefon danışığıdır./Report.az/

Chosen
12
50
musavat.com

10Sources