EN

İsveçdən Ukraynaya hərbi və kiber dəstək

İsveç hökuməti Ukrayna üçün təxminən 1,5 milyard kron (təxminən 160 milyon ABŞ dolları) məbləğində silah alacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

Ukraynaya 10 ədəd “Archer” artilleriya sistemləri üçün lülə, uzaqmənzilli zərbə vasitələri, sualtı əməliyyat sistemləri və logistika avadanlıqları tədarük olunacaq.

Bundan bir gün əvvəl İsveç hökumətinin Ukraynanın mülki kibertəhlükəsizliyinə dəstək məqsədilə əlavə olaraq təxminən 14 milyon dollar ayıracağı məlum olmuşdu. Qeyd olunub ki, bu vəsaitlər “Tallin mexanizmi” çərçivəsində ayrılacaq.

“Tallin mexanizmi” İsveç, Estoniya, Ukrayna, Kanada, Niderland, Danimarka, Polşa, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-ın birgə təşəbbüsüdür.

Chosen
35
50
nocomment.az

10Sources