EN

Üç güləşçimizdən biri finalda

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının daha üç üzvü bu gün qadın güləşində qüvvəsini sınayıb.

Onlardan biri finala yüksəlməyi bacarıb. Ruzanna Məmmədova bütün rəqiblərinə qalib gələrək, sabah keçiriləcək həlledici görüşə vəsiqə qazanıb.

U20 Avropa çempionatı
Qadın güləşi
57 kq

Gülər Həbibova təsnifat mərhələsində macarıstanlı Anna Koebloya uduzub - 0:10.

62 kq
Ruzanna Məmmədova çexiyalı Tereza Mraçkovaya "tuş"la, belaruslu Karina Fişçuka (UWW) isə 4:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ruzanna yarımfinalda rusiyalı Yekaterina Radışevayla qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən güləşçimiz finala vəsiqə qazanıb.

72 kq
Zəhra Kərimzadə 1/4 finalda isveçli Elvira Erssona 2:8 hesabıyla məğlub olub.

Qeyd edək ki, bu gün Günay Qurbanova (59 kq) finalda türkiyəli Sevim Akbaşla güləşəcək.

İdman.biz

Chosen
16
idman.biz

1Sources