EN

Emin Rusiyadakı konsertinin bir il təxirə salmasının səbəbini açıqladı

Müğənni və iş adamı Emin Ağalarovun iyulun 6-da Svetloqorsk şəhərinin “Yantar” zalında keçirilməsi planlaşdırılan konserti iş qrafikindəki dəyişikliklə əlaqədar bir il müddətinə təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə ifaçı TASS-a müsahibəsində məlumat verib.

“İş qrafikimizdəki dəyişikliklə əlaqədar olaraq iyulun 6-da Svetloqorskun “Yantar” zalında keçirilməsi nəzərdə tutulan konserti təxirə salmağa məcburuq. Tədbiri gələn ilə təxirə salmaq qərarına gəldik. Svetloqorska gəlməyi çox istəyirəm, konsert mütləq 2026-cı ildə baş tutacaq”, - Emin bildirib.

Müğənni qeyd edib ki, zalın populyarlığı səbəbindən yaxın tarixləri razılaşdırmaq mümkün olmayıb.

Chosen
81
1
teleqraf.com

2Sources