Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, Rusiya belə zəiflədiyi bir dövrdə qonşularla sağlam münasibətlər qurmaq əvəzinə, daxili və xarici siyasətdə daha aqressiv, diplomatiyadan uzaq, insan hüquq və azadlıqlarını pozaraq, insanlıq əleyhinə vəhşiliklərə əl atmaqla öz mövqeyini, gücünü daha da zəiflətməkdədir:
“Gərginlik hələ də davam edir, bu isə ölkəmizə qarşı aparılan qərəzli siyasətdən irəli gəlir. Lakin Azərbaycan xalqının güclü siyasi rəhbəri var və xalq ona etimad etməkdə tam haqlıdır. Bütün dünyanın azərbaycanlılarının tək bir lideri var və biz ona arxalanırıq.
Dövlət başçısının 23 sentyabr 2024-cü ildə VII Çağırış Milli Məclisin ilk iclasında dediyi kimi: “Biz heç kimə qarşı heç vaxt bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Amma əgər kimsə hesab edir ki, bizə nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik – bu, səhv təsəvvürdür, bu, olmayacaq!”.
Cənab Prezidentin bu fikirlərini sitat gətirərək demək istərdim ki, edilən haqsızlıqlara layiqli cavablar verilib və veriləcəkdir”.
Cavidan Mirzəzadə
Demokrat.az
10Sources
-
news24.azDağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi ( 19001860)
-
yenisabah.az“Bütün Rusiya Ukraynada müharibəni dəstəkləyir” Putin ( 19004959)
-
moderator.azDağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi ( 19004740)
-
musavat.comDağıstan rəhbəri azərbaycanlılara müraciət etdi ( 19004146)
-
Ajans.azDağıstan rəhbəri Rusiya və Azərbaycana ÇAĞIRIŞ ETDİ ( 19003024)
-
sherg.azDağıstan lideri müraciət etdi “Sonradan peşman olacağımız hərəkətlərə...” ( 19002904)
-
Ajans.azPutindən AÇIQLAMA: Bütün Rusiya... ( 19002901)
-
sherg.azDağıstan lideri müraciət etdi - “Sonradan peşman olacağımız hərəkətlərə...” ( 19002886)
-
bakuinfo.netDağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi ( 19002832)
-
axar.azBütün Rusiya Ukraynada müharibəni dəstəkləyir Putin ( 19002829)