EN

İtaliya 500 min nəfər lazımdır

İtaliya xroniki işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün 2026-2028-ci illər arasında AB üzvü olmayan ölkələrdən təxminən 500 min insana yeni iş vizası verəcəyini açıqladı. İşə götürüləcək immiqrantların əksəriyyəti tikinti sektorunda işləyəcək.

Təkcə 2026-cı ildə 164 850 nəfərə yeni giriş icazəsinin verilməsi planlaşdırılır. Viza kvotası tikinti sektoru, kənd təsərrüfatı, turizm, səhiyyə və yaşlılara qulluq sektorlarında ehtiyaclara uyğun olaraq müəyyən edilib.

Bu addım sağçı baş nazir Corga Meloni tərəfindən miqrasiya siyasəti çərçivəsində atılan ikinci böyük qanuni miqrasiya addımı olaraq qeyd edilib. 2023-2025-ci illər ərzində 450 mindən çox insana icazə verilib.

Baş nazir Meloni qanuni mühacirlərə qapıları açsa da, qeyri-qanuni immiqrasiyaya qarşı sərt tədbirlər görməyə davam edir. Aralıq dənizində immiqrantları xilas edən yardım təşkilatlarına qoyulan məhdudiyyətlər artırılarkən, qeyri-qanuni mühacirlərin deportasiya prosesi sürətləndirilir.

Hökumət yeni immiqrasiya kvotalarının iş dünyasının ehtiyacları və əvvəlki müraciət tələbləri nəzərə alınaraq yaradıldığını açıqlanıb. Məqsəd həm iqtisadi reallıqlara, həm də sosial balanslara uyğun gələn immiqrasiya proqramını həyata keçirməkdir.

Ölkə əhalisinin qocalması və doğum səviyyəsinin aşağı düşməsi narahatlıq doğurur. 2024-cü ildə doğulanlardan təxminən 281 min çox ölüm var. Bu vəziyyət ölkə əhalisinin 58,93 milyon nəfərə düşməsinə səbəb olub.

Daxili işlər naziri Matteo Piantedosi, “La Stampa” qəzetinə verdiyi açıqlamada, “İqtisadiyyatımızın mühüm sektorları üçün qanuni immiqrasiyanı dəstəkləməyə davam edəcəyik”, – deyib.

“Bizə 10 milyon immiqrant lazımdır”

“Osservatorio Conti Pubblici” iqtisadi analitik mərkəzinin məlumatlarına görə, İtaliyanın 2050-ci ilə qədər ən azı 10 milyon immiqranta ehtiyacı var. Əks halda, ölkənin iqtisadi və demoqrafik tarazlığı ciddi şəkildə təhdid ediləcək.

Chosen
7
vaxt.az

1Sources