EN

Peşə tanınması: 179 namizəd keçid balını toplaya bilməyib

Peşə

Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların peşə tanınması ilə bağlı keçirilmiş imtahanda 61 namizəd keçid balını toplayıb, 179 namizəd müvafiq balı toplaya bilməyib.

Reyting.az
xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Bildirilib ki, 23 iyun tarixində DİM tərəfindən keçirilmiş imtahanda iştirak etmək üçün 295 nəfər namizəd qeydiyyatdan keçmiş, bunlardan 240 nəfəri imtahanda iştirak edib:

"25 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 25% təşkil edib.

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə peşə tanınması əldə etmək istəyən namizdələrin 90% müvafiq imtahanda uğursuz olub. “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrəisə namizədlərin 87% müvafiq imtahanda uğursuz olub. Eyni zamanda, “Hüquqşünaslıq” ixtisası üzrə bu imtahanda namizədlərin 93%-i müvafiq imtahandan kəsilib".
Chosen
28
6
reyting.az

7Sources