EN

DİQQƏT: Qadın vəfat edərsə, kişi onun pensiyasını ala bilərmi? KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Qanunvericiliyə əsasən, həyat yoldaşını itirən kişilər də qadınlarla eyni hüquqlara malikdirlər. Əgər vəfat edən şəxs qadındırsa və o, işləyib pensiya kapitalı toplayıbsa, həyat yoldaşının ona təyin olunan pensiya məbləğindən birini seçərək faydalanması mümkündür. Yəni kişinin həyat yoldaşının vəfatından sonra onun pensiya təminatını almaq hüququ var”.

Bu fikirləri hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında səsləndirib.

“Əgər kişi sonradan yenidən evlənərsə, bu zaman onun əvvəlki həyat yoldaşının pensiya hüququndan faydalanmaq imkanı qanunla məhdudlaşdırıla bilər. Bu halda konkret hallar araşdırılır və pensiya ödənişləri dayandırılır”.

Hüquqşünas qeyd edir ki, Azərbaycan qanunvericiliyində qadın və kişi bərabər hüquq və öhdəliklərə malikdir.

“Hər iki tərəfin vəfatı halında övladların sosial təminatı da eyni qaydada həyata keçirilir. Belə ki, işləyən və ya pensiya kapitalı toplamış qadının vəfatı halında onun övladlarına 18 yaşına qədər, əgər ali təhsil alırlarsa, 23 yaşa qədər ailə başçısını itirməyə görə müavinət ödənilir. Bundan əlavə, uşaqlıqdan əlilliyi olan şəxslər də valideynin, o cümlədən ananın vəfatı halında ailə başçısını itirməyə görə müavinət almaq hüququna malikdirlər”.

Qeyd edək ki, bu qaydalar sosial ədalətin və ailə üzvlərinin müdafiəsinin təmin olunmasına yönəlib.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
30
konkret.az

10Sources