EN

Aborigenlərin məhvi: Bu ölkədə soyqırım olduğu rəsmən təsdiqləndi

Avstraliyanın Yoorrook Ədalət Komissiyası 19-cu əsrdə Britaniya müstəmləkəçilərinin Viktoriya ştatında yerli əhaliyə qarşı soyqırım törətdiyini və bunun nəticələrinin bu gün də hiss olunduğunu bildirib.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, bu, aborigen icmalarının nümayəndələrinin rəhbərlik etdiyi Avstraliya tarixində ilk rəsmi araşdırmanın əldə etdiyi nəticələrdir.

Hesabatda deyilir ki, 1834-cü ildən bəri zorakılıq, xəstəlik, kütləvi qətllər, deportasiyalar, dil və mədəni məhvetmə və assimilyasiya siyasəti Viktoriyanın aborigenlərinin "demək olar ki, tamamilə fiziki məhvinə" səbəb olub.

1830-cu illərdə müstəmləkəçiliyin başlanmasından sonra 20 il ərzində yerli əhali 60.000-dən 15.000-ə qədər azalıb.

"Bu, soyqırım idi. Müstəmləkə sistemləri yerli xalqları iqtisadi həyatdan kənarlaşdırıb, onları təhsil, məşğulluq və mülkiyyət hüququndan məhrum edib", - hesabatda deyilir.

Viktoriya ştatının baş naziri Casinta Allan komissiyaya işinə görə təşəkkür edib və hökumətin "bütün tövsiyələri diqqətlə nəzərdən keçirəcəyini" söyləyib.

Chosen
51
publika.az

1Sources