İtaliyanın "Kremoneze" komandasının yeni baş məşqçisi müəyyənləşib.


Rekord.az xəbər verir ki, yenidən A Seriyasına yüksələn komandanı Davide Nikola çalışdıracaq.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 52 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.


Davide Nikolanın son iş yeri "Kalyari" olub. O, ötən ay bu komandadan ayrılıb.