EN

5 imtahan mərkəzində internet problemi YARANIB

Xəbər verdiyimiz kimi, bu gündən etibarən 2025–2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

AzEdu.az-a bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, 3 iyul 2025-ci il tarixində keçirilən müəllimlərin işə qəbulu üzrə test imtahanı zamanı 325 namizədin iştirak etdiyi 5 imtahan mərkəzində internet bağlantısının təminatında fasilələr müşahidə olunmuşdur. Yarandığı andan etibarən texniki nasazlıq operativ şəkildə aradan qaldırılmış və itirilmiş vaxtın bərpası təmin edilmişdir.

Chosen
21
34
azedu.az

10Sources