AZ

Türkiyə ordusunun 5 əsgəri şəhid oldu

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində metan qazından zəhərlənmə nəticəsində 5 əsgər şəhid olub.

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 28 may 2022-ci ildə şəhid olan Leytenant Nuri Melih Bozkurtun cəsədinin tapılması işləri çərçivəsində bir mağarada aparılan axtarış zamanı 19 əsgər metan qazına məruz qalıb.

Xəstəxanaya aparılan əsgərlərdən 5-i həyatını itirib.

Seçilən
1
6
olke.az

10Mənbələr