Bakı, TurkicWorld
2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 4 milyard 737 milyon 25 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyun ayında Türkiyə 693 milyon 351 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 7,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 9 milyard 611 min 930 dollar məbləğində tekstil ixrac edib.